Rusiya yığması və Sankt-Peterburq AVRO-2020-dən məhrum edilə bilər

Rusiya yığması və Sankt-Peterburq AVRO-2020-dən məhrum edilə bilər Futbol üzrə Rusiya milli komandası AVRO-2020-dən də kənarlaşdırıla bilər.
Futbol
26 Noyabr , 2019 09:56
Rusiya yığması və Sankt-Peterburq AVRO-2020-dən məhrum edilə bilər

Futbol üzrə Rusiya milli komandası AVRO-2020-dən də kənarlaşdırıla bilər. 

"Report"un məlumatına görə, belə bir variantı Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus istisna etməyib. 

O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: "Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına buraxmalı və onlara elektron bazanı ötürməli, ikincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların -  WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik". 

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında Sankt-Peterburq qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununa ev sahibliyi etməlidir. Britaniya mətbuatı iddia edir ki, AVRO-2020-dən məhrum ediləcəyi təqdirdə, yarışa Rusiya ilə eyni qrupda yer almış Şotlandiya da buraxılacaq. Çempionatın təşkilatçı şəhərləri sırasında Qlazqo da yer alıb.   

Qeyd edək ki, daha əvvəl WADA-nın müvafiq komitəsi qurumun İcraiyyə Komitəsinə Rusiyanı beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırmağı tövsiyə edib. Bu isə ölkə idmançılarının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında neytal bayraq altında çıxışı, futbol yığmasının isə 2022-ci il dünya çempionatında iştirak etməmə variantının mümkünlüyü anlamına gəlir. 

Son xəbərlər

Orphus sistemi