Rusiya yığmasının Azərbaycan millisinə böyük hesablı məğlubiyyəti araşdırılacaq

Rusiya yığmasının Azərbaycan millisinə böyük hesablı məğlubiyyəti araşdırılacaq Vitali Mutko və Nikita Simonyan baş məşqçini istefaya göndərməyə tələsməməyi məqsədəuyğun sayıblar
Futbol
18 Noyabr , 2015 16:34
Rusiya yığmasının Azərbaycan millisinə böyük hesablı məğlubiyyəti araşdırılacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının AVRO-2017-nin seçmə qrup matçında Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti qonşu ölkədə narazılıqla qarşılanıb. "Report"un məlumatına görə, Rusiya Futbol İttifaqının (RFS) prezidenti və idman naziri Vitali Mutko "R-Sport"a açıqlamasında baş məşqçi Dmitri Xomuxa ilə görüşəcəklərini bildirib.

Amma o, ilk növbədə mütəxəssislə idman direktoru və I vitse-prezident Nikita Simonyanın görüşməsinin vacibliyini vurğulayıb. Hazırda Rusiya yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb. V.Mutkonun sözlərinə görə, gənclər yığmasında nələrin baş verdiyini dərhal söyləmək çətindir: "Axı komandamızın heyəti pis deyil. Bəlkə də bir qədər yuxarı yaşlıları meydana buraxmaq lazım idi. Çünki bir-iki yaş fərqi az deyil. Belə yaş dövründə nəyəsə nail olmaqdan ötrü ürəklə oynamaq lazımdır".

RFS prezidenti bildirib ki, Azərbaycan yığmasında məşqçi işi göründüyü halda, Rusiya millisi dağınıq komanda təsiri bağışlayıb. O, irəliyə qaçmadan məğlubiyyətin səbəblərini araşdıracaqlarını və D.Xomuxanı dinləyəcəklərini bildirib: "Anlayıram ki, ölkə yığması şəxsi özünütəkmilləşdirmə meydanı deyil. Amma dünən milli qəhrəman olan komandaya bu gün üsyan etmək anlaşılmazdır".

RFS-in vitse-prezidenti Nikita Simonyan isə hesab edir ki, D.Xomuxanı istefaya göndərməyə tələsmək lazım deyil: "Komandanın çıxışını sakit başla təhlil etmək lazımdır. Xomuxa bu yaxınlaradək komanda ilə birgə çalışır və bu işi yaxşı görürdü. O, səviyyəli məşqçidir. Baş məşqçini dinləməliyik".  

Son xəbərlər

Orphus sistemi