Yuxarı

ABŞ-ın Ədliyyə Nazirliyi: "Rusiya və Qətər dünya çempionatlarını rüşvətlə alıb"

"Rusiya və Qətər dünya çempionatlarını rüşvətlə alıb"

329

ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-Yorkdakı məhkəməyə verdiyi geniş iddianamədə FIFA-ya çoxsaylı ittihamlar ittiham irəli sürüb.

“Report”un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iddianamədə Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirmək üçün səs verilərkən FIFA rəsmilərini rüşvətlə aldıqları vurğulanıb.

FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.

Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leoz da səsvermədə rüşvət alıb.

Qeyd edək ki, 2018-ci il mundialında Fransa millisi qızıl medal qazanıb. Qətərdəki DÇ-2022 isə ilk dəfə yayda yox, noyabr-dekabr aylarında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi