Rusiya-Uruqvay matçında Kim Çen Inın oxşarı iştirak edib - VİDEO

Rusiya-Uruqvay matçında Kim Çen Inın oxşarı iştirak edib - VİDEO KXDR liderinə bənzəyən şəxs azarkeşlərlə şəkil çəkdirməkdə fəal olub
Futbol
25 İyun , 2018 21:29
Rusiya-Uruqvay matçında Kim Çen Inın oxşarı iştirak edib - VİDEO

Bakı. 25 iyun. REPORT.AZ/ Samara şəhərindəki eyniadlı arenada Rusiya və Uruqvay yığmaları arasında keçirilmiş dünya çempionatının III tur matçında KXDR lideri Kim Çen Inın oxşarı iştirak edib.

"Report"un məlumatına görə, xarici görkəmindən Şimali Koreyanın dövlət başçısına çox bənzəyən şəxs azarkeşlərlə şəkil çəkdirməkdə fəal olub.

Onun haradan gəldiyi bilinmir.

Sosial şəbəkələrdə "KXDR-in ali rəhbəri"nin iştirakının da Uruqvayla görüşdə Rusiyaya yardımçı olmadığına dair zarafatlar edilib.

Görüş cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvay A qrupunda 1-ci, Rusiya isə 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib. 

Son xəbərlər

Orphus sistemi