Yuxarı

Rusiyanın "Spartak" komandasının baş məşqçisi istefaya göndərilib

Murat Yakının rəhbərliyi altında göstərilən nəticə qənaətbəxş sayılmayıb

Bakı. 30 may. REPORT.AZ/ Rusiyanın "Spartak" futbol klubu baş məşqçi Murat Yakını istefaya göndərməyi qərara alıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrədən olan türk əsilli mütəxəssislə müqavilə mövsümün sonunda pozulacaq.

Rəhbərlik ona gəncləri əsas komandaya cəlb etməsi, eləcə də "Dinamo" və MOİK-lə derbilərdə qələbə münasibətilə minnətdarlıq edib. Bununla belə, başa çatmaqda olan mövsüm qənaətbəxş sayılmayıb: "Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməyib və kardinal dəyişikliklər zamanı yetişib. Bunu anlayan "Spartak" və Yakin qarşılıqlı razılıq əsasında münasibətlərinə son qoymağı qərara alıb".

Yeni baş məşqçi ilə bağlı qərar Direktorlar Şurasının növbəti iclasında qəbul olunacaq.

Qeyd edək ki, "Spartak" Avropa kuboklarından kənarda qalıb. Son tur öncəsi "qırmızı ağlar" 43 xalla 6-cı pillədə qərarlaşıb. Murat Yakının komandası bu gün "Amkar"ı qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi