Rusiya Premyer Liqasının legioner bombardirləri siyahısında Nazim Süleymanovun mövqeyi dəyişib - SİYAHI

Rusiya Premyer Liqasının legioner bombardirləri siyahısında Nazim Süleymanovun mövqeyi dəyişib - SİYAHI Hollandiyalı yarımmüdafiəçi azərbaycanlı sabiq hücumçunu geridə qoyub
Futbol
20 Noyabr , 2017 10:24
Rusiya Premyer Liqasının legioner bombardirləri siyahısında Nazim Süleymanovun mövqeyi dəyişib - SİYAHI

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya Premyer Liqasında ən çox qol vuran əcnəbi futbolçular siyahısında Azərbaycan milli komandasının sabiq hücumçusu Nazim Süleymanovun mövqeyində dəyişiklik baş verib. 

"Report"un məlumatına görə, bu, "Spartak"ın yarımmüdafiəçisi Kvinsi Promesin XVII turda "Krasnodar"la oyunda da fərqlənərək, qollarının sayını 51-ə çatdırmasından sonra baş verib.

Bununla da hollandiyalı oyunçu 6-cı pilləyə yüksəlib. Süleymanov isə almaniyalı Kevin Kuranyi, belaruslu Sergey Kornilenko və braziliyalı Ari ilə birgə 7 - 10-cu mövqelərə enib. Onların aktivində 50 qol var. Lakin Süleymanov və Kuranyidən fərqli olaraq, Kornilenko və Ari hələ də karyerasını davam etdirir. 

Siyahıya hesabında 85 qol olan braziliyalı Vaqner Lav başçılıq edir. İlk “üçlüy"ü 69 qolla portuqaliyalı Migel Dani, 66 dəfə fərqlənən kot divuarlı Seydu Dumbiya qapayır. Braziliyalı hücumçular Vellitonun 57, Halkın isə 56 qolu var.

“Onluq”da yer alanlardan hazırda yalnız Promes ilə “Lokomotiv”in formasını geyinən Ari Rusiya Premyer Liqasında çıxış edir. Kornilenko isə qonşu ölkənin I Divizionunda forma geyinir. 

Qeyd edək ki, Nazim Süleymanov 1991 - 1996-cı illərdə “Alaniya”nın formasını geyinib. Həmçinin “Jemçujina”nın uğurları üçün çalışıb. O, Rusiya Premyer Liqasındakı 50 qolunu iştirakçısı olduğu 150 matçda vurub.

Son xəbərlər

Orphus sistemi