Yuxarı

Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açılıb

Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açılıb

Hollandiya Futbol Birliyi "Vitess" komandasının baş məşqçisi Leonid Slutskiyə qarşı intizam işi açıb.

"Report" "Ed" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin çempionatın XXIX turunda evdə PSV ilə matçda hakim Serdar Gözübüyükü tənqid etməsidir. Slutski referini dünyanın ən pis hakimi adlandırıb.

Bildirilib ki, ilkin istintaq işin bütün halları dəqiqləşdirilənə qədər keçiriləcək.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Vitess" hazırda 43 xalla 7-ci yerdədir. 71 xalı olan PSV "Ayaks"la birlikdə 1-2-ci yerləri bölüşdürür. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında Leonid Slutskinin rəhbərliyi altında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi