Yuxarı

Rusiya millisi futbol üzrə 2022-ci il dünya çempionatına buraxılmaya bilər

Rusiya millisi futbol üzrə 2022-ci il dünya çempionatına buraxılmaya b

Futbol üzrə Rusiya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.

“Report” “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinə (RUSADA) qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, ölkənun futbol yığması mundialdan kənar qalacaq.

Qeyd edək ki, WADA-nın oktyabrda RUSADA-nın qurumun məcəlləsinə uyğun gəlmədiyini açıqlamaq ehtimalı var. Buna səbəb RUSADA tərəfindən bu ilin yanvarında WADA-ya təqdim edilən Moskva laboratoriyasının məlumatlarında uyğunsuzluğun aşkarlanmasıdır. WADA məsələyə aydınlıq gətirmək üçün Rusiyaya 3 həftə vaxt verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi