Yuxarı

Rusiya milli komandasının əsas qapıçısı müəyyənləşib

Rusiya milli komandasının əsas qapıçısı müəyyənləşib

Bakı. 1 oktyabr. REPORT.AZ/ İqor Akinfeyevin yığmadakı karyerasını başa vumasından sonra Rusiya millisinin əsas qapıçısı müəyyənləşib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov məlumat verib. 

55 yaşlı mütəxəssis "Zenit"in üzvü Andrey Lunyovun əsas qapıçı olacağını bildirib.

Qeyd edək ki, İqor Akinfeyev bu gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb. O, 2004-cü ildən Rusiya millisində çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi