Rusiya Kubokunun qalibi Avropa Liqasında iştirak üçün UEFA-ya müraciət etməyib

Rusiya Kubokunun qalibi Avropa Liqasında iştirak üçün UEFA-ya müraciət etməyib Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın Tosno klubu Avropa Liqasında iştirak etməyə bilər.
Futbol
10 May , 2018 13:26
Rusiya Kubokunun qalibi Avropa Liqasında iştirak üçün UEFA-ya müraciət etməyib
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Rusiyanın "Tosno" klubu Avropa Liqasında iştirak etməyə bilər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi maliyyə problemləri ucbatından turnirdə iştirak üçün UEFA-ya vaxtında müraciət etməyib. 

Leninqrad təmsilçisinin baş direktoru Vyaçeslav Matyuşenko avrokuboklara lisenziya üçün hər şeyi etməyə hazır olduqlarını söyləyib: "Biz lisenziyalaşdırma prosesini keçməyə hazırıq. Komandada əvvəl maliyyə problemləri var idi. Ona görə vaxtında müraciət edə bilmədik. Mümkün olan hər bir şeyi etməyə çalışacağıq".

Qeyd edək ki, "Tosno" Rusiya kubokunun finalında "Avanqard"ı 2:1 hesabı ilə məğlub edərək Avropa Liqasında iştirak etməyə haqq qazanıb. 

Son xəbərlər

Orphus sistemi