Yuxarı

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildiyi üçün qınanıb - VİDEO

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildiyi üçün qınanıb - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

“Report” "Lenta.ru" saytına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min rublluq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev “Tosno”nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi