Yuxarı
    Bağlamaq

    Rusiya klubunun baş direktoru: “Kamran Ağayevlə maraqlanmırıq”

    “Amkar” Ağayevlə maraqlanmır”

    Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın “Amkar” klubunun baş direktoru İqor Rezvuxin Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə maraqlandıqlarına dair iddialara aydınlıq gətirib.

    “Report”un məlumatına görə, Perm təmsilçisinin rəsmisi championat.com saytına açıqlamasında 31 yaşlı qolkiperin xidmətinə ehtiyac duymadıqlarını söyləyib.

    O bildirib ki, yığma üzvünün soyadını ilk dəfədir eşidir: “Bu futbolçu ilə bağlı variantı gözdən keçirmirik. Onun soyadını ilk dəfədir eşidirəm. “Amkar” Ağayevlə maraqlanmır”.

    Qeyd edək ki, Kamran Ağayev son mövsümü “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub və hazırda klubsuzdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi