Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubunun yaranma tarixi dəyişdirilib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, yaranma tarixi 1922-ci il olaraq qəbul edilib.
Daha öncə klubun yaranma tarixi 1936-cı il göstərilsə də, komandanın ilk dəfə 1922-ci il iyulun 23-də "Kazanka" adı ilə çıxış etdiyi bildirilib.
Bu barədə klubun İdarə Heyəti rəsmi qərar qəbul edib.