Yuxarı

Rusiya klubu futbolçular və məşqçilərin maaşlarını azaltdı

​Rusiya klubu futbolçular və məşqçilərin maaşlarını azaltdı

Rusiyanın “Torpedo” komandasının rəhbərliyi koronavirus nəticəsində yaranan çətin maliyyə vəziyyəti ilə əlaqədar bütün işçilərin maaşlarını azaldıb.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında qeyd olunub.

Komandanın prezidenti Yelena Yelentsova bildirib ki, futbolçu və məşqçilərin maaşları orta hesabla 25 faiz azaldılıb.

“Hər bir işçinin əmək haqqının miqdarını nəzərə alaraq prosedura ayrıca yanaşdıq. Söhbət yalnız aprel ayı üçün nəzərdə tutulan əmək haqqından gedir. Bundan sonra hadisələrin inkişafını izləyəcəyik”-deyə, o bildirib.

Bundan əvvəl Moskvanın MOİK klubu da oyunçuların maaşlarını azaldıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi