Yuxarı

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlının namizədliyi irəli sürülüb

Qurumun prezidenti postuna isə 4 şəxs iddia edir

Bakı. 24 avqust. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) prezidenti və İcraiyyə Komitəsi (İK) üzvlüyünə namizədlərin siyahısı təsdiqlənib. 

"Report"un məlumatına görə, 21 namizəd arasında Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyev də var.

O, AMFR-ə 2011-ci ildən rəhbərlik edir. E.Əliyev seçiləcəyi halda, İK üzvlüyündə ilk dəfə yer alacaq.

RFS prezidentliyinə isə 4 şəxs - Valeri Qazzayev, İqor Yefremov, Vitali Mutko və Sergey Pryadkinin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, seçkilər sentyabrın 24-də Moskvada keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi