Rusiya Futbol İttifaqının Hakimlər Komitəsinə yeni sədr təyin olunub

Rusiya Futbol İttifaqının Hakimlər Komitəsinə yeni sədr təyin olunub O, Nikolay Levnikovu əvəzləyib
Futbol
25 Yanvar , 2017 09:13
Rusiya Futbol İttifaqının Hakimlər Komitəsinə yeni sədr təyin olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Andrey Butenko Rusiya Futbol İttifaqı (RFİ) Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub. 

"Report"un məlumatına görə, bu barədə TASS-a RFİ-nin I vitse-prezidenti Nikita Simonyan açıqlama verib.

Əvvəllər bu postu Nikolay Levnikov tutub. Hazırda isə Levnikov Qazaxıstan Futbol Federasiyasının Hakimlər Departamentinə rəhbərlik edir.

Qeyd edək ki, Andrey Butenko 1976-cı ildən hakimliyə başlayıb. O, 1998-ci ildə Rusiya futbolunda ən yaxşı ədalət təmsilçisi sayılıb. 62 yaşlı mütəxəssis RFİ-də Hakimlər və İnspektorlar Departamentində inspektor vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi