Rusiya Futbol İttifaqı: Birlik Kubokunun taleyi bu yay məlum olacaq

Rusiya Futbol İttifaqı: Birlik Kubokunun taleyi bu yay məlum olacaq İqor Vladimirov: "Turnirin maliyyələşməsi ilə bağlı problem yoxdur, məsələ təşkilati komponentlərdədir"
Futbol
31 Yanvar , 2017 16:45
Rusiya Futbol İttifaqı: Birlik Kubokunun taleyi bu yay məlum olacaq

Moskva. 31 yanvar. REPORT.AZ/ Bu ilin yayında futbol üzrə Birlik Kubokunun taleyinə aydınlıq gələcək.

Bu barədə "Report"un Moskva müxbirinə Rusiya Futbol İttifaqının mətbuat katibi İqor Vladimirov Birlik Kuboku futbol turnirinin mümkün keçirilməsi məsələsini şərh edərkən bildirib.

"Gələn il nə olacağı məlum deyil. Müxtəlif variantlar nəzərdən keçirilir. Bu an etibarilə məsələnin konkret həlli yoxdur. Müzakirələr davam etdirilir və yaya yaxın Birlik Kubokunun gələcək taleyi məlum olacaq" - İ.Vladimirov vurğulayıb.

O, həmçinin turnirin maliyyələşməsi ilə bağlı problem olmadığını, məsələnin təşkilati komponentlərdə olduğunu deyib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın idman naziri Vitali Mutko Birlik Kubokunun bərpa ediləcəyini və AFFA-dan həm kommersiya, həm də təşkilati baxımından maraqlı təklif aldıqlarını bildirib.

Xatırladaq ki, Azərbaycan klubları 3 dəfə Birlik Kubokunun qalibi olub. Sonuncu dəfə buna 2011-ci ildə "İnter" (Bakı) nail olub. 

Son xəbərlər

Orphus sistemi