Yuxarı

​Rusiya Futbol Federasiyası məhkəməyə verilib

Şirkət RFF-dən 3.1 milyon rubl pul tələb edir

Bakı. 21 fevral. REPORT.AZ/ Rusiya Futbol Federasiyası (RFF) "Praym Sport Menecment" şirkəti tərəfindən məhkəməyə verilib. 

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, artıq Moskva Arbitraj Məhkəməsi fevralın 19-da şikayəti qeydə alıb.

Şirkət RFF-dən 3.1 milyon rubl pul tələb edir. Lakin şikayətin səbəbi açıqlanmır.

Qeyd edək ki, bundan öncə isə "Amademservis" turizm şirkəti də RFİ-dən 23 milyon rubl məbləğindəki borcunun alınması üçün məhkəməyə müraciət etmişdi. Maliyyə problemi yaşayan federasiya yığma komandanın baş məşqçisi Fabio Kapellonun da 6 aylıq əmək haqqısını ödəyə bilmir. Biznesmen Əlişir Usmanov bir müddət əvvəl RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi