Yuxarı

​Rusiya çempionatının rekordçusu vəfat edib

İqor Kiselyov bir oyuna 10 qolla Rusiya futbol tarixinin rekordunu qırıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyanın "Torpedo", "Kuban" və "Terek" klublarının sabiq futbolçusu İqor Kiselyov dünyasını dəyişib. "Report"un məlumatına görə, Kiselyov 36 yaşında ürək çatışmazlığından vəfat edib.

Mərhum hücumçu 2001-ci ildə aşağı dəstədə mübarizə aparan "Krasnodar-2000"in heyətində çıxış etdiyi vaxt bir oyuna 10 qol vurub. Bu, Rusiya futbol tarixinin rekordu sayılır. Kiselyov həmin mövsüm ərzində ümumilikdə 47 qol vurub. 

Qeyd edək ki, İ.Kiselyov karyerası ərzində yalnız Rusiya klublarının formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi