Rumıniyanın futbol çempionatı oyununda azarkeşlər arasında iğtişaş olub

Rumıniyanın futbol çempionatı oyununda azarkeşlər arasında iğtişaş olub Hadisə "Styaua" və "Rapid" matı zamanı qeydə alınıb
Futbol
15 Aprel , 2018 12:00
Rumıniyanın futbol çempionatı oyununda azarkeşlər arasında iğtişaş olub

Bakı. 15 aprel. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə "Styaua" və "Rapid" komandaları arasında keçirilmiş futbol matçında iğtişaş baş verib.

"Report"un məlumatına görə, azarkeşlərin qarşıdurması nəticəsində onlarla insan saxlanılıb.

Onların cərimələnəcəkləri və məsuliyyətə cəlb olunacaqları bildirilir.

Toqquşma hər iki komanda azarkeşlərinin olduğu tribunada başlayıb. Bu zaman meydana yandırıcı maddələr və oturacaqlar atılıb. Baş hakim görüşü bir neçə dəfə dayandırıb. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Həmin zonadan uşaqlar və qadınlar təxliyyə edilib, bir çox azarkeş stadionu tərk edərək, evlərinə yollanıb.

Görüş "Rapid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra fanatlar meydana girmək istəsələr də, polis gözyaşardıcı qazla onların qarşısını kəsə bilib.

Son xəbərlər

Orphus sistemi