Rumıniyada "Universitatya" ilə oyunda "Səbail"i 20-dək azarkeş dəstəkləyir - FOTO

Rumıniyada "Universitatya" ilə oyunda "Səbail"i 20-dək azarkeş dəstəkləyir - FOTO Rumıniyanın Krayova şəhərində Universitatya və Səbail arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununu azərbaycanlı azarkeşlər də izləyir.
Futbol
18 İyul , 2019 20:21
Rumıniyada Universitatya ilə oyunda Səbaili 20-dək azarkeş dəstəkləyir - FOTO
Report

Rumıniyanın Krayova şəhərində "Universitatya" və "Səbail" arasında keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununu azərbaycanlı azarkeşlər də izləyir.

"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, "İon Oblemenko" stadionunda Avropada fəaliyyət göstərən "Milli Dəstə" fan-klubunun 20-dək üzvü iştirak edir. Onların arasında xanımlar da var.

Ümumilikdə, tamaşaçı marağı elə də yüksək deyil. 30 mindən çox tamaşaçı tutumuna malik arenanın yarısı belə dolmayıb.

Qeyd edək ki, hələlik hesab bərabərdir - 0:0. Bakıdakı ilk matçda isə "Universitatya" qalib gəlib - 3:2.

Son xəbərlər

Orphus sistemi