Yuxarı

Rumıniyada futbolçuları daşıyan mikroavtobus qəzaya düşüb, 16 nəfər xəsarət alıb

Yaralılar yaxınlıqdakı Deva və Hunedoara rayon xəstəxsanalarına yerləşdiriliblər

Buxarest. 6 avqust. REPORT.AZ/ Rumıniyanın Hunedoara vilayətinin Deva adminstrativ mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Vetel yaşayış məntəqəsi ərazisində futbolçuları daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan həmin rayonun Çertej qəsəbəsini təmsil edən futbol klubunun 14 üzvü də olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Hadisə yerinə 10 təcili tibbi yardım maşını və bir helikopter cəlb olunub. Yaralılar yaxınlıqdakı rayon xəstəxanalarına yerləşdiriliblər. 

Polisin ilkin araşdırmasından sonra Arad rayonundan Deva rayonu istiqamətində hərəkət edən yük maşınının sürücüsünü qarşı tərəfin yoluna çıxdığı məlum olub. 

Qeyd edək ki, mikroavtobusda olan 17-26 yaşlı 14 futbolçu Deva rayonunun 20 kilometrliyində yerləşən İlia yaşayış məntəqəsinin futbol komandası ilə səfər oyununa gedirmiş. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi