Rumıniya yığmasında yaxın vaxtlarda yeni baş məşqçi təyinatı olacaq

Rumıniya yığmasında yaxın vaxtlarda yeni baş məşqçi təyinatı olacaq Razvan Burlyanu: "Həmin şəxs bizim irəli sürdüyümüz meyarlara cavab verməlidir"
Futbol
28 İyun , 2016 11:28
Rumıniya yığmasında yaxın vaxtlarda yeni baş məşqçi təyinatı olacaq

Buxarest, 28 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatındakı uğursuzluqdan sonra istefaya göndərilən futbol üzrə Rumıniya millisinin baş məşqçisi Angel İordaneskunun yerinə yaxın günlərdə yeni təyinat olacaq.

“Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burlyanu bildirib.

O, əlavə edib ki, milli komandanın sükanı arxasına keçəcək baş məşqçinin yerli və ya xarici mütəxəssis olacağına hələ qərar verilməyib: "Həmin şəxs bizim irəli sürdüyümüz meyarlara cavab verməlidir. İlk öncə 10 illik təcrübəyə malik olmaqla yanaşı, hər hansı bir komanda ilə kubok qazanmalı və ya nailiyyət əldə etməlidir. Çünki qarşıda bizi növbəti seçmə tsikldə Polşa və Danimarka milliləri ilə elə də asan olmayan qrup oyunları gözləyir”.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Rumıniya E qrupunda Danimarka, Polşa, Monteneqro, Ermənistan və Qazaxıstanla birgə yer alıb. Bu komanda Avropa çempionatında zəif çıxışı ilə 1 xal toplayaraq A qrupunda sonuncu yeri tutmaqla turnirin növbəti mərhələsinə adlaya bilməyib. Bu səbəbdən, 2014-cü ildən komandada baş məşqçi kimi çalışan Angel İordanesu istefaya göndərilmişdir. 

Son xəbərlər

Orphus sistemi