​Rumıniya və Albaniya Avro-2016-ya vəsiqə qazanıb - VİDEO

​Rumıniya və Albaniya Avro-2016-ya vəsiqə qazanıb - VİDEO Albaniya Ermənistanı, Rumıniya isə Farer adalarını məğlub edib
Futbol
11 Oktyabr , 2015 23:52
​Rumıniya və Albaniya Avro-2016-ya vəsiqə qazanıb - VİDEO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün keçirilən seçmə oyunlardan sonra futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adı məlum olub.

"Report" xəbər verir ki, Albaniya yığması səfərdə Ermənistanı 3:0 hesabı ilə məğlub edib və "I" qrupunda Portuqaliyadan sonra ikinci yeri tutmaqla turnirə birbaşa vəsiqə qazanıb.

Rumıniya millisi eyni hesabla Farer adaları yığması üzərində qələbə qazanıb və "F" qrupunda Şimali İrlandiyadan sonra ikinci yeri özünə təmin edib.

Albaniya Avropa çempionatında ilk dəfə olaraq mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi