Yuxarı
    Bağlamaq

    Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib

    Meydana atılan səs bombası polşalı futbolçu Robert Levandovskinin yanında partlayıb

    Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilən görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.

    "Report"un məlumatına görə, oyunun 54-cü dəqiqəsində azarkeşlərdən biri meydana səs bombası atıb.

    R.Levandovski yerdə olan səs bombasını baş hakimə göstərən zaman partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyuna qoşula bilib.

    Qeyd edək ki, görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi R.Levandovskinin aktivinə yazılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi