Yuxarı

Rumıniya Ermənistanı darmadağın edib və DÇ-2018-in seçmə oyunlarının digər nəticələri - VİDEO

Seçmə mərhələnin II turunun son 9 oyunu keçirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ 2018-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üçün seçmə mərhələsi çərçivəsində II turun son 9 oyunu keçirilib.

"Report"un məlumatına görə, bu gecə "C", "E" və "F" qrupunda çıxış edən komandalar mübarizə aparıb.

"C" qrupunun ilk oyununda Azərbaycan millisi Norveçi yendikdən sonra gözlər Almaniyaya yönəlib. Hamburqda son dünya çempionları Çexiyanı sınağa çəkib. Görüş Bundestimin ilk turda olduğu kimi, böyükhesablı qələbəsi ilə yekunlaşıb. Şimali İrlandiya isə San Marinonu darmadağın edib. Beləliklə, millimiz 2 turdan sonra Almaniya ilə "C" qrupuna maksimum xalla başçılıq edir.

"E" qrupunda Danimarka səfərdə Polşaya uduzaraq, liderliyi əldən verib. Əvəzində Monteneqro evdə, Rumıniya səfərdə 5:0 hesablı qələbə sayəsində Polşanın yeni liderliyinə şərik olub.

"F" qrupunda gözlənilməz nəticə Şotlandiyanın evdə Litvanı yenə bilməməsi olub. Britaniyalılar məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıblar. Əvəzində İngiltərə Maltanı, Slovakiya isə Sloveniyanı əliboş yola salıb.

Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

"C" qrupu

20:00. Azərbaycan - Norveç - 1:0

Qol: Maksim Medvedev, 11

Bakı. Bakı Olimpiya Stadionu

22:45. Şimali İrlandiya - San Marino - 4:0

Qollar: Stiven Devis, 26-penalti ilə. Kayl Lafferti, 79; 90+4. Ceymi Uord, 85

Belfast. "Uindzor Park"

22:45. Almaniya - Çexiya - 3:0

Qollar: Tomas Müller, 13; 65. Toni Kroos, 49

Hamburq. "Hamburq Arena"

Qrupda vəziyyət: Almaniya - 6, Azərbaycan - 6, Şimali İrlandiya - 4, Çexiya - 1, Norveç - 0, San Marino - 0.

"E" qrupu

20:00. Monteneqro - Qazaxıstan - 5:0

Qol: Jarko Tomaşeviç, 24. Nikola Vukçeviç, 59. Stevan Yovetiç, 64. Fatoş Beçiray, 73. Stefan Saviç, 78

Podqoritsa. Podqoritsa stadionu

20:00. Emənistan - Rumıniya - 0:5

Qollar: Boqdan Stanku, 4-penalti ilə. Adrian Popa, 10. Razvan Marin, 12. Nikolae Stankyu; 29. Aleksandru Kipçu, 60

İrəvan. Vazgen Sarkisyan adına Respublika Stadionu

22:45. Polşa - Danimarka - 3:2

Qollar: Robert Levandovski, 20; 36-penalti ilə; 48 - Kamil Qlik, 49-öz qapısına. Yussuf Poulsen, 69

Varşava. Milli stadion

Qrupda vəziyyət: Monteneqro - 4, Rumıniya - 4, Polşa - 4, Danimarka - 3, Qazaxıstan - 1, Ermənistan - 0.

"F" qrupu

20:00. İngiltərə - Malta - 2:0

Qol: Daniel Starric, 29. Dele Alli, 38

London. "Uembli" stadionu

22:45. Şotlandiya - Litva - 1:1

Qollar: Ceyms MakArtur, 89 - Fyodor Çernıx, 59

Qlazqo. "Hampden Park"

22:45. Sloveniya - Slovakiya - 1:0

Qol: Rok Kronaveter, 74

Lyublyana. "Stojitse" stadionu

Qrupda vəziyyət: İngiltərə - 6, Şotlandiya - 4, Sloveniya - 4, Litva - 2, Slovakiya - 0, Malta - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi