Rud Qullit: "Niderland yığmasına kömək etməyə hazıram"

Rud Qullit: "Niderland yığmasına kömək etməyə hazıram" "Düşünürəm ki, bu işi kimə təklif etsən razı olar"
Futbol
28 Mart , 2017 05:25
Rud Qullit: Niderland yığmasına kömək etməyə hazıram

Bakı. 28 mart. REPORT.AZ/ "Milan" klubunun və Niderland yığmasının sabiq futbolçusu Rud Qullit müvafiq təklif daxil olacağı təqdirdə "narıncılar"a rəhbərlik etməyə hazır olduğuna işarə edib.

"Report" xəbər verir ki, bunu o, "beIN Sports" nəşrinə müsahibəsində bildirib.

"Düşünürəm ki, bu işi kimə təklif etsən razı olar. Öz ölkənin yığmasının məşqçisi olmaq böyük fəxrdir. Mən yığmaya kömək etməyə hazıram. Lakin federasiya rəhbərliyinin planlarından heç kim xəbərdar deyil. Namizəd kifayət qədər çox olacaq. Görək nə olur", — deyə Qullit bildirib.

Ötən gün Niderland millisinin baş məşqçisi Danni Blind DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra (0:2) istefaya göndərilib. Təsnifat mərhələsində 5 oyuna 7 xal yığan komanda "A" qrupunda 4-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi