Ruanda Futbol Federasiyasının baş katibi rüşvətə görə saxlanılıb

Ruanda Futbol Federasiyasının baş katibi rüşvətə görə saxlanılıb Bakı. 14 sentyabr. REPORT.AZ/ Ruanda Futbol Federasiyasının baş katibi Fransua Reji Uvayezu və yarışlar üzrə komissarı Erik Ruxamirizə polis tərəfindən saxlanılıb.
Futbol
14 Sentyabr , 2018 22:31
Ruanda Futbol Federasiyasının baş katibi rüşvətə görə saxlanılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Ruanda Futbol Federasiyasının baş katibi Fransua Reji Uvayezu və yarışlar üzrə komissarı Erik Ruxamirizə polis tərəfindən saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar futbol üzrə Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Ruanda və Kot-d'İvuar yığmaları arasında oyunun namibiyalı hakiminə rüşvət təklif etməkdə şübhəli bilinirlər.

Federasiya isə hakimin iddiasını təkzib edərək üç hakimə nəqliyyat xərclərini qarşılamaq üçün 1000 dollar verdiklərini açıqlayıb.

Qeyd edək ki, görüş 2:1 hesabı ilə Kot-d'İvuar yığmasının xeyrinə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi