Yuxarı

"Sabah"ın məşqçisi: "Komandadakı hücumçuların heç biri yüksək səviyyəli deyillər"

Rövşən Babayev: "Komandadakı hücumçular yüksək səviyyəli deyil"
© Foto: "Report"

"Rəqibi təbrik edirəm. Hava şəraiti də öz sözünü dedi. Çalışdıq ki, qısa bir zamandan nəsə edib, irəli gedək. Amma alınmadı".

"Report" xəbər verir ki, bunları "Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Premyer Liqanın V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Onun sözlərinə görə, komandanın ön xətti istədikləri səviyyədə deyil: "Sabah"dakı hücumçuların problemi odur ki, onların heç biri yüksək səviyyəli futbolçu deyillər. Hələlik komandaya müvəqqəti baş məşqçi təyin edilən İqor Ponomaryovla görüşməmişik. Görüşsək, komanda barədə məlumat verərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi