Rövnəq Abdullayev: "Qəbələ" yaxşı oynadı, amma rəqib çox güclü idi"

Rövnəq Abdullayev: "Qəbələ" yaxşı oynadı, amma rəqib çox güclü idi" "Qələbəni qorumaq üçün təcrübə, güc çatmadı"
Futbol
29 Sentyabr , 2016 21:16
Rövnəq Abdullayev: Qəbələ yaxşı oynadı, amma rəqib çox güclü idi

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Qəbələ" yaxşı oynadı, amma rəqib çox güclü idi".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Almaniya "Maynts"ı ilə Avropa Liqasının II tur matçı barədə fikir bildirərkən deyib.

O bildirib ki, "Qəbələ" 2:1 hesabı ilə öndə olduğu halda, qələbəni qorumağa təcrübə və gücü çatmadı:

"Maynts" Bundesliqanın tanınmış komandalarındandır. Pis oynamadıq, qalib də gələ bilərdik. Məncə, qələbəni qorumaq üçün təcrübə, güc çatmadı".

R.Abdullayevin sözlərinə görə, oyunu birgə izlədikləri UEFA prezidenti Aleksandr Çeferin də Azərbaycan klubunun çıxışını normal qiymətləndirib:

"Başqa nə deyəcək ki?! Normal qiymətləndirdi".

AFFA prezidenti hazırda İtaliyada "Fiorentina" ilə Avropa Liqası matçında çıxış edən Azərbaycanın digər təmsilçisi "Qarabağ"dan qələbə gözlədiyini də əlavə edib.

Qeyd edək ki, "Qəbələ" "Maynts"a 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi