Yuxarı
    Bağlamaq

    Rövnəq Abdullayev: “Milli komandamız maraqlı oyunların keçiriləcəyi qrupda yer alıb"

    Azərbaycan millisi C qrupuna düşüb

    Bakı. 25 iyul. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində mübarizə aparacağı qrupla bağlı fikirlərini bildirib. "Report"un məlumatına görə, R. Abdullayev Azərbaycan millisinin maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını bildirib: "San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveçlə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm".

    AFFA prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi