AFFA prezidenti klublara maliyyə yardımının ediləcəyi barədə xəbərlərə münasibət bildirib

AFFA prezidenti klublara maliyyə yardımının ediləcəyi barədə xəbərlərə münasibət bildirib "Söhbət ödənişdən yox, klubların təşkilatlanmasından, ictimailəşməsindən gedir"
Futbol
14 İyul , 2015 15:15
AFFA prezidenti klublara maliyyə yardımının ediləcəyi barədə xəbərlərə münasibət bildirib

Bakı. 14 iyul. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev "2015-2020-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı" layihəsi barədə danışıb. "Report"un məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında Dövlət Proqramı layihəsində çox böyük işlərin nəzərdə tutulduğunu bildirib.

O deyib ki, əsas məqsəd qrupun 3 oyunu, eləcə də 1/4 final matçının Bakıda keçiriləcəyi 2020-ci il Avropa çempionatına Azərbaycan millisinin də vəsiqə qazanmasıdır: "Biz millimizi çempionata hazırlayaraq, Avropa çempionatına vəsiqə qazanması üçün çalışırıq. Bunu da proqram şəklində həyata keçirəcəyik".

Dövlət Proqramı layihəsində klublara maliyyə yardımının nəzərdə tutulduğuna dair xəbərlərə gəldikdə, R.Abdullayev bildirib ki, söhbət ödənişdən yox, klubların təşkilatlanmasından, ictimailəşməsindən gedir: "Bunu neçə ildir deyirəm və üstündə də durmuşam. Artıq bəzi klublarımızın təşkilati forması dəyişdirilib və onlar ictimai təşkilata çevriliblər. Bu da sevindirici haldır. Gələcəkdə də bir neçəsi istisna olmaqla, klubların əksəriyyəti ictimailəşəcək, həmin bölgənin ictimai klubuna çevriləcəklər. Bu zaman azarkeşlər də, ictimai dəstək də çox olacaq. Mən bunu normal qəbul edirəm. Bir nəfərin, bir şirkətin dəstəyi ilə fəaliyyət göstərən klubdansa, bütöv bir rayonun ictimai dəstəyi daha çox olar. Düşünürəm ki, bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

Qeyd edək ki, artıq "Neftçi", "Sumqayıt" və "Kəpəz" ictimai kluba çevrilib.  

Son xəbərlər

Orphus sistemi