Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb - FOTO

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb - FOTO Yozef Blatter Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirib
Futbol
16 Yanvar , 2015 14:32
Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb - FOTO

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. "Report"un məlumatına görə, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub. 

FIFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib. Görüşdə FIFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Nikolas Meynqot, FIFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FIFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun 2011-ci il iyunun 6-da keçirilmiş təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, FIFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak edib.

Son xəbərlər

Orphus sistemi