Rövnəq Abdullayev: "Danışılmış oyunlara qarşı sərt tədbirlər bundan sonra da görüləcək"

Rövnəq Abdullayev: "Danışılmış oyunlara qarşı sərt tədbirlər bundan sonra da görüləcək" "Ötən dövr ərzində xoşagəlməz hallar da baş verdi"
Futbol
7 Mart , 2018 10:15
Rövnəq Abdullayev: Danışılmış oyunlara qarşı sərt tədbirlər bundan sonra da görüləcək
Report/ Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ "Hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafına dair layihələr həyata keçirilib və bu uğurlu layihələr davam etdiriləcək". 

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən XXV Hesabat Konfransında deyib. 

O bildirib ki, “Qarabağ” ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atıb: “Həmçinin 2019-cu il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verildi. Qurban Qurbanov millimizin baş məşqçisi təyin olundu. Ötən dövr ərzində xoşagəlməz hallar da baş verdi. Danışılmış oyunlarla bağlı pozuntular aşkarlandı. Buna qarşı sərt tədbirlər görülüb. Bundan sonra da qanun çərçivəsində lazım olanlar ediləcək”.

Son xəbərlər

Orphus sistemi