Rövnəq Abdullayev: "AVRO-2020 digər böyük tədbirlər kimi yüksək səviyyədə keçiriləcək"

Rövnəq Abdullayev: "AVRO-2020 digər böyük tədbirlər kimi yüksək səviyyədə keçiriləcək" "Çalışacağıq ki, bunadək bir neçə tədbiri də Bakıda keçirək"
Futbol
30 Sentyabr , 2016 12:41
Rövnəq Abdullayev: AVRO-2020 digər böyük tədbirlər kimi yüksək səviyyədə keçiriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib. "Report"un məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında AVRO-2020-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib. 

"Biz AVRO-2020 üçün peşəkar sifariş hazırlamışdıq. UEFA rəsmiləri də cənab Prezidentlə görüşdə bunu bildirdi. Bizim sifariş Londondan sonra ikinci idi. London 48, Bakı 47 xal yığmışdı. Bu, 13 şəhər arasında olan göstərici idi. Çalışacağıq ki, 2020-ci ilə qədər müəyyən tədbirlər keçirək. Ancaq hər şeyi bir dövlətə vermirlər. Bu il 17 yaşadək futbolçuların Avropa çempionatını, ondan öncə 17 yaşadək qadın futbolçular arasında dünya çempionatını keçirdik. 5-6 ildə bir sıra tədbirlər keçirdik və üstəlik AVRO-2020 də var. Şikayət etmək də düzgün olmaz. Çalışacağıq ki, bu arada da müəyyən qədər tədbirlər bizdə keçirilsin. Ancaq adını çəkə bilməyəcəyəm. Çox olmasın deyə elə bir təklif verməyə çalışacağıq ki, UEFA bunu qəbul etsin" deyə AFFA prezidenti vurğulayıb. 

Milli assosiasiyanın rəhbəri 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-nin təşkilatçılığından da danışıb: "Bununla bağlı cənab Prezidentin sərəncamı oldu, dövlət komissiyası yaradıldı. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov oldu. Azərbaycan bu tədbirlərə, yarışlara yüksək qiymət verir. Təşkilati məsələlər dövlət səviyyəsində həyata keçiriləcək. Azərbaycanın böyük yarışların keçirilməsində təcrübəsi böyükdür. "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsi, "Bakı-2015" I Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi yarışlar keçirmişik. Bu tədbiri də yüksək səviyyədə keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi