Rövlan Muradov: "Qələbə qazanmaq istəsək də, alınmadı"

Rövlan Muradov: "Qələbə qazanmaq istəsək də, alınmadı" Bakı. 16 noyabr. REPORT.AZ/ Oyun istədiyimiz kimi keçsə də, məğlub olduq. Ağır qarşılaşma idi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Baş məşqçinin də verdiyi tapşırıqları da yerinə yetirdik. Qol imkanlarımız oldu. Lakin oyunda bəxt amili də var idi.
Futbol
16 Noyabr , 2018 00:42
Rövlan Muradov: Qələbə qazanmaq istəsək də, alınmadı

Bakı. 16 noyabr. REPORT.AZ/ "Oyun istədiyimiz kimi keçsə də, məğlub olduq. Ağır qarşılaşma idi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Baş məşqçinin də verdiyi tapşırıqları da yerinə yetirdik. Qol imkanlarımız oldu. Lakin oyunda bəxt amili də var idi".

"Report" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Rövlan Muradov yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

20 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb:

- Yığmanın məğlub olmasının əsas səbəbi bəxt amili idi, yoxsa ustalıq səviyyəsinin aşağı olması? Sanki komanda qol epizodları yaratmaqda çətinlik çəkirdi.

- Ustalıq səviyyəsi də demək olar. Sadəcə bəxt amili bizdən yan keçdi.

- Komanda növbəti yoldaşlıq görüşündə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Həmin oyunda hansı nəticəyə ümid etmək olar?

- Həmin görüşə də ciddi hazırlaşacağıq. İstəyirik qələbə qazanaq.

- Milli komandanın hücum mövqeyində də sanki problem var...

- Demək olar ki, mənim daimi çıxış etdiyim bir mövqe yoxdur. Sol, sağ və mərkəzdə də oynaya bilirəm.

- Qarşıdakı seçmə mərhələdə sizi U-21-də əsas hücumçu kimi görə biləcəyik?

- Mən hər zaman bu komanda üçün canla, başla çıxış etməyə hazıram.

- Çexiyanın "Slaviya" komandasında oynayırdınız. Sonra isə "Qarabağ”a qayıtdınız. Orada niyə qala bilmədiniz?

- Klub prezidenti dəyişdi. Rəhbərlikdə bəzi dəyişikliklər oldu və onlar razılaşmadı.

- Yeni gələnlər sizi bəyənmədi?

- Xeyr. Onların hədəfi ancaq yerli futbolçuların oynaması idi.

- Amma hazırda Fərid Nəbiyev orada çıxış edir...

- O, məndən bir yaş balacadır. Orada da 1998-ci il təvəllüdlü futbolçular üçün limit var. İstədilər ki, onlar yerli oyunçular olsun.

- Hər halda sizi tanıyırlar. Yenidən Çexiyaya qayıtmaq ehtimalı varmı?

- O barədə bir söz deyə bilmərəm. Belə məsələlərə menecerim Vaqif Heydərli baxır.

Son xəbərlər

Orphus sistemi