Ronni Deyla: "Qarabağ" Avropa komandasıdır"

Ronni Deyla: "Qarabağ" Avropa komandasıdır" ""Qarabağ" da yaxşı komandadır. Ancaq üstünlüyümüzü Avropada davam etdirmək istəyirik"
Futbol
5 Avqust , 2015 23:55
Ronni Deyla: Qarabağ Avropa komandasıdır

Bakı. 5 avqust. REPORT.AZ/ "Komandamdan razı qaldım. Çünki istədiyim kimi oynadılar və komanda ruhunu ortaya qoydular. Bəzi məqamlarda rəqibi cəzalanıra bilərdik. Ancaq hava və əlverişsiz meydan amili buna imkan vermədi". "Report"un məlumatına görə, bunu "Qarabağ"la oyundan sonra Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi bunları bildirib: "İstədiyimiz nəticəni qazandıq. Futbolçular ötən illə müqayisədə daha yaxşı çıxış edir. "Qarabağ" da yaxşı komandadır. Ancaq üstünlüyümüzü Avropada davam etdirmək istəyirik".

R.Deyla Çempionlar Liqasında yola davam edəcəklərinə ümid etdiyini söyləyib: "istərdik ki, növbəti mərhələdə zəif komandalarla qarşılaşaq. Deyə bilərəm ki, "Qarabağ" da Avropa komandasıdır və heç də zəif deyil.

Son xəbərlər

Orphus sistemi