Yuxarı

Ronaldunun dublu "Real"a PSJ üzərində qələbə qazandırıb, "Liverpul" "Portu"ya 5 qol vurub - VİDEO

Liverpulun heyətində Mane het-trikə imza atıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

“Report” xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” "Santyaqo Bernabeu" stadionunda favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş Ronaldunun dublu sayəsində 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Cavab qarşılaşması martın 6-da Parisin "Park de Prens" stadionunda keçiriləcək.

Digər qarşılaşma Portuqaliyanın "Draqau" stadionunda baş tutub. Burada "Liverpul"u qəbul edən yerli "Portu" klubu böyükhesablı məğlubiyyətlə üzləşib.

Qonaqların heyətində mane het-trikə imza atıb.

Komandalar arasında cavab qarşılaşması martın 6-da "Liverpul"un "Enfild" stadionunda keçiriləcək.

Çempionlar Liqası. 1/8 final. 1-ci matçlar

"Real" – PSJ - 3:1

Qollar: 0:1 – Rabio – 33, 1:1 – Ronaldu – 45 (pen), 2:1 – Ronaldu – 83, 3:1 – Marselo – 86

"Portu" – "Liverpul" - 0:5

Qollar: 0:1 – Mane – 25, 0:2 – Salah – 29, 0:3 – Mane – 53, 0:4 – Firmino – 69, 0:5 – Mane – 85

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi