Yuxarı

​Ronaldunun azarkeşləri Mişel Platinin evini top atəşinə tutub - VİDEO

Tərəfdarlar 61 futbol topu ilə UEFA prezidentinin yaşadığı evə gəlib

Bakı. 10 yanvar. REPORT.AZ/ Portuqaliyalı azarkeşlər UEFA prezidenti Mişel Platininin qaldığı evin ətrafında aksiya keçirib. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, buna səbəb Platininin FİFA tərəfindən keçirilən "Qızıl Top" ( Ballon d'Or) seçimində "Bavariya" klubunun qapıçısı Manuel Noyeri dəstəkləməsi olub.

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun tərəfdarları 61 futbol topu ilə UEFA prezidentinin yaşadığı evə gəlib. Onlar topların üzərinə portuqaliyalının 2014-cü ildə vurduğu hər bir qolun tarixini və rəqibin adını qeyd ediblər. 61 topun seçilməsi isə ötən il yarımmüdafiəçinin rəqib qapısına vurduğu qolların sayını göstərir.

Gecə baş verən hadisə zamanı Platini qapıya çıxaraq olanları təəccüblə izləyib. Aksiyaya "Let's Kick Platini Out!" ("Platinini xaric edək") adı verən azarkeşlər daha sonra polis tərəfindən təqib edilib.

Qeyd edək ki, yanvarın 12-də "Qızıl Top"un sahibi müəyyən olunacaq. Bu siyahıda Manuel Noyer, Kriştiano Ronaldu və Lionel Messinin adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi