Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı 4 nəfərə çatıb

Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı 4 nəfərə çatıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Yuventusun hücumçusu Kriştianu Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı artıb.
Futbol
10 Oktyabr , 2018 00:59
Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı 4 nəfərə çatıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı artıb.

Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.

Nəşrin ABŞ vətəndaşı Ketrin Mayorqinin maraqlarını təmsil edən vəkil Lesli Stovallaya istinadən verdiyi məlumata görə, "zərərçəkən"lərdən biri iddia edib ki, futbolçu onu yaralayıb. Digər versiyaya görə, həmin qadın idmançı ilə bu barədə məlumatı yaymamaq barədə razılığa gəlib.

Oktyabrın 7-də KİV-də Ronaldunun hansısa qadını zorlaması barədə məlumat yayılıb. Polis bu məlumatı yoxlayır.

Hücumçu onun ünvanına olan bütün ittihamları rədd edir. 

Son xəbərlər

Orphus sistemi