Ronaldu zorlama ittihamını cavablandırıb

Ronaldu zorlama ittihamını cavablandırıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Biz vəkillərlə iki həftə əvvəl bəyanatla çıxış etdik. Hamını inandırmaq istəyirəm: - mən yalan ifadə vermək fikrində deyiləm. Bilirsiniz, mən həyatdan və futboldan həzz almaq istəyirəm. Həqiqət zəfər çalacaq.
Futbol
23 Oktyabr , 2018 02:55
Ronaldu zorlama ittihamını cavablandırıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Biz vəkillərlə iki həftə əvvəl bəyanatla çıxış etdik. Hamını inandırmaq istəyirəm: - mən yalan ifadə vermək fikrində deyiləm. Bilirsiniz, mən həyatdan və futboldan həzz almaq istəyirəm. Həqiqət zəfər çalacaq".

"Report" "Squawka News"a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın "Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu ona ünvanlanan zorlama ittihamı ilə bağlı sualı cavablandırarkən deyib.

Sentyabrın sonunda Almaniyada amerikalı Ketrin Mayorqanın açıqlaması dərc edilib. Qadın Ronaldunu zorlamada ittiham edib. Mayorqanın sözlərinə görə, futbolçu 2009-cu ildə Las-Veqasda ona qarşı seksual zorakılıq edib. O, qeyd edib ki, forvard susması müqabilində ona pul verib.

Daha əvvəl Ronaldunun vəkili bildirib ki, bu işlə bağlı sənədlər saxtalaşdırılıb

Son xəbərlər

Orphus sistemi