Yuxarı
    Bağlamaq

    Ronaldu "Yuventus"la rəsmi oyunda ilk qollarını vurub - VİDEO

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.

    "Report" xəbər verir ki, 33 yaşlı hücumçu "Sassuolo" ilə A Seriyasının IV tur matçında dubl edib.

    O, 50 və 65-ci dəqiqələrdə fərqlənib. Qonaq komandanın yeganə qolunu 90+1-ci dəqiqədə Xumar Babakar vurub. 90+4-cü dəqiqədə Duqlas Kosta qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoysa da, Turin komandası qələbəni əldən verməyib - 2:1.

    Bununla da, "Yuventus" xallarını 12-yə çatdıraraq, vahid liderliyini davam etdirib. "Sassuolo" isə 7 xalla 3-cüdür.

    Ronaldu "Yuventus"a iyulun 10-da Madrid "Real"ından 100 milyon avroya transfer olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi