Ronaldu və Messi ÇL-də həftənin ən yaxşı oyunçuları siyahısına düşüblər

Ronaldu və Messi ÇL-də həftənin ən yaxşı oyunçuları siyahısına düşüblər UEFA özünün rəsmi saytında Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına iddialı dörd futbolçudan ibarət siyahını yerləşdirib.
Futbol
14 Mart , 2019 08:36
Ronaldu və Messi ÇL-də həftənin ən yaxşı oyunçuları siyahısına düşüblər

UEFA özünün rəsmi saytında Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına iddialı dörd futbolçudan ibarət siyahını yerləşdirib.

"Report" xəbər verir ki, mükafata iddialılar İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının qolçusu Lionel Messi, İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Leroy Sane və İngiltərə "Liverpul"unun forvardı Sadio Manedir.

Ronaldu "Atletiko" ilə matçda "het-trik"ini rəsmiləşdirib, Messi karyerasında ilk dəfə "Lion"la oyunda "dubl" və iki səmərəli ötürmə ilə yadda qalıb. Manenin hesabında "Bavariya"nın qapısına 2 qol, Sanenin aktivində isə "Şalke" ilə oyunda dəqiq zərbə və məhsuldar ötürmə "het-trik"i var.

Son xəbərlər

Orphus sistemi