Yuxarı

Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək

3 yaşlı Haydar Mustafa ilə görüşün təşkili üçün İspaniyadan zəng gəlib

Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək. "Report"un məlumatına görə, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb.

"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.

Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi