Ronaldu "Real Madrid"in yarımmüdafiəçisini "Yuventus"da görmək istəyir

Ronaldu "Real Madrid"in yarımmüdafiəçisini "Yuventus"da görmək istəyir Bakı. 15 sentyabr. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İspaniya Real Madridində çıxış edən Toni Kroosu hazırkı komandasında görmək istəyir.
Futbol
15 Sentyabr , 2018 14:56
Ronaldu Real Madridin yarımmüdafiəçisini Yuventusda görmək istəyir

Bakı. 15 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İspaniya "Real Madrid"ində çıxış edən Toni Kroosu hazırkı komandasında görmək istəyir. 

"Report" "Goal.com"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu almaniyalı yarımmüfadiəçinin qış transfer pəncərəsində satın alınması üçün klub rəhbərliyinə müraciət edib. 

K.Ronaldu T.Kroosun Çempionlar Liqasını qazanmaq üçün komandaya kömək edəcəyinə əmin olduğunu bildirib.  

Qeyd edək ki, Toni Kross 2014-cü ildən "Real Madrid"də çıxış edir. Ronaldu bu yay Madrid klubundan "Yuventus"a keçib. 

Son xəbərlər

Orphus sistemi