Ronaldu "Real"dan yayda onu 100 mln. dollardan baha satmamağı xahiş edib

Ronaldu "Real"dan yayda onu 100 mln. dollardan baha satmamağı xahiş edib Bununla belə, müqaviləyə görə, onun satış qiyməti 1 milyard dollardır
Futbol
31 Dekabr , 2017 03:53
Ronaldu Realdan yayda onu 100 mln. dollardan baha satmamağı xahiş edib

Bakı. 31 dekabr. REPORT.AZ/ "Real" klubunun forvardı Kriştianu Ronaldu mövsümün sonunda klubunu dəyişmək niyyətindədir.

“Report” xəbər verir ki, 32 yaşlı portuqaliyalı madridlilərin rəhbərliyindən yayda onu 100 milyon avrodan baha satmamağı xahiş edib.

Bununla belə, Ronaldunun satış qiyməti, 2021-ci ilə qədər nəzərdə tutulmuş müqaviləyə əsasən, 1 milyard dollar təşkil edir.

Hücumçunun agentləri PSJ və "Mançester Yunayted"ə "Ronaldunun hazırkı klubundan ayrılmaq uğrunda mübarizə aparacağını" bildiriblər.

Futbolçunun klub prezidenti Florentino Pereslə münasibətləri o dərəcəyə qədər pisləşib ki, Ronaldu hətta onunla danışmaq belə istəmir. Forvard Peresin öz vədinə əməl etməməsindən narazıdır. O, şəxsi müqavilənin şərtlərini yaxşılaşdırmayıb. Müqaviləyə əsasən, Ronaldu Lionel Messi ("Barselona") və Neymardan (PSJ) az qazanır.

Son xəbərlər

Orphus sistemi