​Ronaldu malikanəsi üçün mum heykəlini sifariş edib

​Ronaldu malikanəsi üçün mum heykəlini sifariş edib Portuqaliyalı bunun üçün 30 min dollar ödəyib
Futbol
31 Avqust , 2015 10:22
​Ronaldu malikanəsi üçün mum heykəlini sifariş edib

Bakı. 31 avqust. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu özünün mum heykəlini sifariş edib. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ingiltərəli heykəltəraş Maykl Ueyd bunun üçün 30 min dollar qazanıb.

Portuqaliyalı hücumçu artıq 2 ildir Madrid muzeyində saxlanılan fiqurunun dəqiq surətini yaratmağı xahiş edib. O, heykəli ilə İspaniyadakı malikanələrindən birini bəzəmək niyyətində olduğunu açıqlayıb. M.Ueyd bildirib ki, mum heykəli hazırlamaq onun üçün asan olacaq: "2013-cü ildə Ronaldunun heykəlini hazırlamışdıq. İndi bizdə həmin formalar qalıb. Ronaldu futbolka və butslarını göndərəcəyini vəd edib. Bu səbəbdən, işimiz daha rahat olacaq. Yalnız saç düzümü ilə bağlı bir məsələ var ki, müştəri ona toxunmağımızı istəmir".

Heykəltəraş mum heykəlin saç düzümü ilə futbolçunun şəxsi bərbərinin məşğul olacağını da əlavə edib.

Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki mum heykəli Madrid muzeyində saxlanılır.

Son xəbərlər

Orphus sistemi