"Napoli" Kriştianu Ronaldunun kluba təklif olunduğunu təsdiqləyib

"Napoli" Kriştianu Ronaldunun kluba təklif olunduğunu təsdiqləyib Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliya Napolisinin idman direktoru Kristiano Qvintoli kluba hazırda Yuventusda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun təklif olunduğuna dair iddiaları təsdiqləyib.
Futbol
3 Yanvar , 2019 13:49
Napoli Kriştianu Ronaldunun kluba təklif olunduğunu təsdiqləyib

Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliya "Napoli"sinin idman direktoru Kristiano Qvintoli kluba hazırda "Yuventus"da çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun təklif olunduğuna dair iddiaları təsdiqləyib. 

"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Qvintoli 34 yaşlı hücumçunun meneceri Jorje Mendeşlə yaxşı münasibətlərinin olduğunu və tez-tez telefonla danışdıqlarını vurğulayıb. 

"Mendeş Ronaldunu klubun prezidenti Aurelio De Laurentisə təklif etdi və mən heç bir söz demədim. Daha sonra isə bu transferi təhlil etməyə başlayanda bizim üçün əlçatmaz  olduğunu anladıq" deyə Napoli təmsilçisinin rəsmisi bildirib.

Qvintoli "Yuventus"un hazırda Avropanın ən yaxşı komandası olduğunu da vurğulayıb: "Bu klubu A Seriyasında üstələməyimiz yaxşı olardı. Bunun çətin bir iş olduğunu bilirik, amma gücümüzə də inanırıq".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən keçib.

Son xəbərlər

Orphus sistemi