Yuxarı

Ronaldu Messini təhqir etdiyi barədə deyilənlərə münasibət bildirib

Vəkilim tədbir görəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ "Messini təhqir etdiyimə dair yazılanlar yalandır. Vəkilim bununla bağlı tədbir görəcək". "Report"un məlumatına görə, bu fikirləri özünün "facebook" səhifəsində İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu yazıb.

O, peşəkar futbolçulara hörmət bəslədiyini vurğulayıb: "Messi də bu məsələdə istisna deyil".

Qeyd edək ki, ispaniyalı jurnalist Gilyem Balaqe kitabında Lionel Messi ilə Kriştianu Ronaldu arasındakı münasibətlərə də yer ayırıb. O yazıb ki, Ronaldu daim Messinin anasını təhqir edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi