Ronaldu: "Messi mənim üçün rəqib deyil"

Ronaldu: "Messi mənim üçün rəqib deyil" "Mən onu öz dostum adlandıra bilmərəm"
Futbol
1 İyun , 2017 04:37
Ronaldu: Messi mənim üçün rəqib deyil

Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu dünyanın ən yaxşı futbolçusu adı uğrunda rəqabət apardığı "Barselona"nın forvardı Lionel Messiyə olan münasibətindən danışıb.

"Report" xəbər verir ki, o, Messinin parlaq futbolçu olduğu qeyd edib.

"Yaxşı futbolçuların hamısının oyununa baxmaq mənim xoşuma gəlir, Messi isə parlaq futbolçudur. Əlbəttə, mən onun oyununa böyük məmnuniyyətlə baxıram. Biz onunla yaxşı münasibətdəyik və bir-birinə hörmət edirik. Deyə bilmərəm ki, onlara gedirəm və oturub bir yerdə nahar edirik. Mən onu dostum da adlandıra bilmərəm, lakin mənim üçün Messi rəqib deyil, həmkardır", — deyə "Sport.es" nəşri "Fox Sports Argentina"ya istinadən Ronaldunun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi